Salam. DİQQƏTLƏ OXU ! Bura yazılanları təkrar soruşma.
İPOTEKAYA YARARLI.
Qurtuluş 93-ün ən yaxşı yerində yerləşən binadakı öz adıma olan şəxsi evimi satıram. Qanuni 3 otaq. Hər 3 otağın pəncərəsi parka açılır, qarşısında bina yoxdur. Günəş sanki evin içində doğulur. Yanlız mətbəxin pəncərəsindən həm park həm bina görünür. 2 eyvan var, hər iki eyvan keyfiyyətli plastik pəncərə ilə bağlanılıb. Yataq otağındakı eyvanda əşya yığmağa şkaf yığılıb. Bütün pəncərələr cift kimi açıla bilir. Hal-hazırda ev məkəzi istilik sistemi ilə əla şəkildə qızır, yaxın zamanda qaz veriləcək. Qazın sayğacı qoyulub. Hamam və tualet ayrılıb. Müqavilə ilə mən alanda evin ölçüsü daha çox kv olub, mən çıxarış alanda 76.2 oldu (evin daxilindən hesablandı). Məktəbə, bağçaya , hər yerə çox yaxındı. Evin dəqiq yeri xəritədə görsənib. Ev tam təmirlidir. Əşyaları ilə birlikdə satıram. Yanlız doşək zad var 4-5 ədəd, uşaq arabaları onları götürüləcəkdir. Gördüyünüz bütün əşyalar qiymətə daxildir. 3 paltar dolabı, 2 termo, güzgülü kamod, stol,stul, kondisioner, bahalı mətbəxi mebeli, soyuducu, paltar yuyan, taxt çarpayı, tək çarpayı və s. Şəkildə gördüyünüz hər şey qalir. Hazır gir yaşa evdir. Istəyən olsa əşyalar olan otağın (Uşaq otağı) qapısını bağlayıb 2 otağı 450 manata (komendant pulu daxildir, lakin komunalları və mərkəzi istilik sisteminin pulunu yaşayan şəxs ödəyəcək) kirayə verə bilərəm. Kirayə yanlız ailələrə və səliqəli adamlara verilir. Alan adama cuzi endirim edəcəm. Fantastik 3000-5000 endirim olunmayacaq. Qurtuluşda hər qiymətə ev var. Allah hər kəsin ürəyincə ev nəsib etsin. Bu bina Qurtuluş 93 yaşayış kompleksinin yerinə görə ən prestijli binasıdır. Bilən bilir bu binanın yerinin əvəzi yoxdur. Hazır çıxarış var, öz adımadır. Evə qeydiyyatda heç bir şəxs yoxdur. Hazır, gir yaşa. Şəxsi evimdir. Yanlız əşyalı satılır. Hər xırda detalı yazmıram. 30 Şəkil var elanda və kifayət qədər məlumat var. Rahat düşünüb qərar verə bilərsiniz. Çalışdım tam məlumat verim ki, xırda şeylərdən ötrü əlaqə saxlamayasınız. Saat 11:00-dan 21:00-a qədər whatsapp və ya zəng vasitəsi ilə əlaqə saxlaya bilərsiniz. Xahiş edirəm, yanlız ciddi və real almaq istəyən adamlar əlaqə saxlasın. Təklikdən darıxıb, zəng etməyin.