İcarəyə verilir 4 otaqlı həyət evi/bağ evi 200 m²
Şəkidə Jakuzili və Geniş Həyətli Lüks Villa – Ailəvi İstirahət üçün Mükəmməl Seçim!
Şəkinin səfalı guşəsində, ailəniz və sevdiklərinizlə unudulmaz istirahət keçirmək üçün hər bir detalı düşünülmüş geniş villa günlük kirayə verilir.
Evin Şəraiti:
Otaqlar: 1 geniş qonaq otağı və 3 yataq otağı. 6 nəfərlik rahat yataq yeri mövcuddur (2 ədəd böyük iki nəfərlik kravat və 2 ədəd tək nəfərlik kravat). Ehtiyac olarsa, qonaq otağında divan yataqa çevrilməsi mümkündür.
Mətbəx: Lazımi bütün qab-qacaq, elektrik çaynik, kofe aparatı və mikrodalğalı soba ilə təmin olunmuş müasir mətbəx.
Hamam: Evin ən böyük üstünlüklərindən biri olan jakuzi, duş kabini və Türk hamamı üslubunda mini bölmə ilə istirahət edə bilərsiniz.
Texnologiya: Yüksək sürətli Wi-Fi internet və Mətbəxdə kabel TV mövcuddur.
Həyət və Əyləncə:
Geniş həyətdə samovar çayı və manqal keyfi üçün hər bir şərait yaradılıb.
Avtomobillər üçün 2 maşınlıq təhlükəsiz həyətdaxilində üstü qapalı parkinq sahəsi mövcuddur.
Üstünlüklərimiz:
Təmizlik: Hər müştəridən sonra peşəkar təmizlik işləri aparılır, yataq dəstləri və dəsmallar (böyük və kiçik) yenilənir.
Təhlükəsizlik: Evin ərazisi kamera nəzarətindədir.
Əlavə qaydalar:
Giriş vaxtı: Saat 15:00-dan sonra.
Çıxış vaxtı: Saat 12:00-a qədər.
Evin daxilində siqaret və qəlyan çəkmək qəti qadağandır.
Qeydiyyat üçün qalacaq qonaqların sənədlərinin elektronu tələb olunur.
Evdəki avadanlıqlara və ya mebellərə qonaq tərəfindən vurulan zərər qonaq tərəfindən kompensasiya olunur.