İcarəyə verilir 3 otaqlı yeni tikili 104 m²
Zəhmət olmasa, maklerlər, vasitəçi şəxslər və şirkətlər narahat etməsinlər.
Blue City Xırdalan komlpeksində yeni tikilmiş əla təmirli və yeni əşyalarla təchiz etdiyim öz mənzilimi kirayə verirəm. Əsasən ailə üstünlük təşkil etməklə, səliqəli, yaşayacağı mənzili öz evi kimi istifadə edəcək kirayənişin axtarıram. Məişət avadanlıqlarının hamısı yeni və brenddir. Mənzil 1 qonaq, 2 yataq, 1 mətbəx, 1 tualet, 1 hamam və 1 eyvandan ibarətdir. Binanın künc tərəfində yerləşdiyi üçün mənzil günəşli və havalıdır, rütubət yoxdur. Binanın bütün kommunal xidmətləri aktivdir, qaz, su, elektrik ilə təmin olunub. Kombi ilə təchiz olunub. Yerləşməsi isə rahatdır, düz avtomagistralın yanında, "Şuşa Qalası" və Lukoil-un arxasındadır. Digər tərəfdən Mühəndislər Universiteti ilə qonşudur. Xırdalanın içərisinə girmədən daha tez çatmaq olur. Avtobusların son dayanacağıdır.
Kirayə müqaviləsi MTK daxili imzalanacaq. Kirayə haqqı öncədən ödənilməlidir. Aylıq komendatura ödənişi 46 azn-dir.
P.S. Şəkilləri özüm çəkmişəm və mənzildə gördüyünüz bütün əşyalar olduğu kimi qalacaq.