Satılır 3 otaqlı köhnə tikili 70 m², Nizami m.
Şəhərin tam mərkəzində, çox prestijli və əlverişli ərazidə – Statistika Komitəsinin yaxınlığında, Araz Marketlə üzbəüz yerləşən qanuni 3 otaqlı, əla təmirli mənzil satılır. Mənzil həm yaşayış, həm də investisiya üçün olduqca ideal variantdır.
Mənzil 5 mərtəbəli daş binanın 5-ci mərtəbəsində yerləşir. Binanın bloku çox səliqəli, təmiz və yenilənmişdir. Mərtəbə 5 olmasına baxmayaraq bina ümumi vəziyyətinə görə çox rahat və yaşamaq üçün əlverişlidir.
Mənzil skvaznoy (iki tərəfə baxan) layihəyə malikdir və bu səbəbdən otaqlar işıqlı və gün düşəndir. Mənzilin tavan hündürlüyü 3.30 metrdir, bu da otaqlara genişlik və rahatlıq verir.
Ümumi sahəsi təxminən 70 kv.m təşkil edir. Otaqlar geniş və rahat planlaşdırılıb. Mənzildə keyfiyyətli və zövqlə edilmiş təmir var və əlavə xərc çəkmədən rahat şəkildə yaşamaq mümkündür.
📍 Yerləşmə baxımından çox əlverişli mövqedədir:
Nizami metrosuna və Elmlər Akademiyası metrosuna təxminən 3–5 dəqiqəlik məsafədədir
Şəhərin ən gözəl istirahət məkanlarından olan Mərkəzi Park və İzmir Parkı binanın yaxınlığında yerləşir
Ətrafında məktəb, bağça, supermarketlər, apteklər, restoran və digər bütün lazımi infrastrukturlar mövcuddur
🔹 Kommunal xətlər:
Qaz – daimidir
Su – daimidir
İşıq – daimidir
Mənzil çox sakit və rahat həyətə malik binada yerləşir və ailə üçün ideal yaşayış şəraiti yaradır.
Bu ərazidə belə mənzillər həm yaşayış, həm də kirayə üçün çox tələb olunan variantdır.
📞 Əlavə məlumat almaq və mənzilə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz.
💼 Xidmət haqqı: 1%