Satılır 5 otaqlı həyət evi/bağ evi 400 m², Şüvəlan q.
Sahibindən satılır!
5 otaqlı fərdi yaşayış evi Şüvəlan qəsəbəsinin ən prestijli və sakit ərazisində 30 sot torpaq sahəsində ((24 sotu çıxarışlı), Polis Akademiyasının arxa hissəsində yerləşir. Bina klassik stildə inşa edilmişdir. Binanın fasadlarında peşəkar yonmaçıların hazırladığı memarlıq elementlərindən istifadə olunmuşdur. Mərtəbə hündürlüyü 4,35 metrdir. Qonaq, yataq və mətbəxin döşəməsi parketdir. Qonaq otağının giriş qapısı və digər qapılar yüksək kefiyyətli yasin ağacından istifadə olunmaqla xüsusi dizayna malikdir. Binada üç sanitar qovşağının divar və döşəməsi ispan kafeli ilə üzlənmişdir. Fərdi yaşayış evinin 200 m² mansardı və 200 m² zirzəmisi vardır.
Ərazidə xartut, əncil, üzüm, ağtut və digər ağaclar var.