Satılır obyekt 120 m²
Salam. Obyekt şəxsi mülkümüzdür, vasitəçi deyiləm. Ümumi sahəsi 120 kv.m-dir.
Düzünü deyim, binanın daxili və xarici görünüşünün yenilənməyə ehtiyacı var. Amma mən burada kvadratdan çox yerini (loqasiyasını) satıram. Yeri elə bir strateji nöqtədədir ki, istənilən iş üçün (mağaza, ofis, aptek, klinika və s.) çox gediş-gəlişli və hər tərəfdən görünən bir mövqedədir.
Niyə bu obyekti almalısınız?
• Ön hissəni tam açmaq olar: Fasadı tamamilə şüşə vitrin yığmaq üçün texniki imkanı var. Yeniləyəndən sonra çox müasir və premium bir obyektə çevriləcək.
• Gediş-gəlişli yerdir: Reklam verməyə ehtiyac qalmayacaq, çünki yerləşdiyi yer hər kəsin gözü önündədir. Reklam dəyəri çox yüksəkdir.
• Sənəd məsələsi tam şəffafdır: Sənədləşmənin bütün çətin və uzun çəkən mərhələlərini özüm yekunlaşdırmışam. Sonuncu imza/təsdiq mərhələsini isə qəsdən saxlamışıq ki, alıcı ilə razılaşmaya əsasən ya xərcləri qiymətdən çıxaq alıcı özü yekunlaşdırsın, ya da birbaşa alıcının adına sənədləşdirib vaxt itkisinin qarşısını alaq. Bir sözlə, sənədlərdə heç bir problem yoxdur, hər şey hazırdır.
Təmirə ehtiyacı olduğu üçün qiymətdə real alıcı ilə yerində, insaflı bir razılaşma edəcəm. İş qurmaq istəyənlər və ya gələcəyə doğru, dəyəri hər gün artan yatırım etmək istəyənlər buyurub əlaqə saxlaya bilər.
Zəhmət olmasa qeyri ciddi şəxslər narahat etməsin.