9-cu mikrorayonun Adil Məmmədov küçəsi ən əlverişli və perspektivli ərazilərindən birində, Tərlan Şadlıq Sarayının arxasında, “Pojarnı” yaxınlığında yerləşən, AMK MTK tərəfindən inşa edilmiş müasir yaşayış kompleksində satışa çıxarılan bu mənzil həm yaşamaq, həm də yatırım üçün ideal seçimdir.
.
Ümumi sahəsi 53 m² olan mənzil 2 otağa düzəlmədir və binanın 19 mərtəbəsindən 15-cisində yerləşir.
Orta təmirli olmasına baxmayaraq, yaşayış üçün tam hazır vəziyyətdədir və əlavə xərc tələb etmir.
Mənzildə qaz, su və işıq daimidir.
Rahatlığınız üçün mətbəx və dəhliz hissəsində isti döşəmə sistemi qurulub, həmçinin kombi sistemi mövcuddur.
İnternet, televiziya və telefon xətləri aktivdir.
.
Bina yüksək səviyyədə inşa olunub və sakinlərin təhlükəsizliyi ilə komfortu üçün bütün şərait yaradılıb:
2 sürətli lift, yeraltı qaraj, qapalı və mühafizə olunan həyət, 24/7 kamera nəzarəti və domofon sistemi mövcuddur.
.
Bu mənzilin əsas üstünlüklərindən biri də qarşısının açıq qalması və gələcəkdə bağlanmamasıdır. Geniş və xoş panoraması olan bu ev sizə daim rahatlıq və estetik zövq bəxş edəcək.
.
Ərazi infrastrukturu baxımından çox əlverişlidir.
Yaxınlıqda Araz və Bravo supermarketləri, məktəb, uşaq bağçası və digər vacib obyektlər yerləşir.
Şəhərin müxtəlif istiqamətlərinə rahat çıxış imkanı verən 85, 65, 18 və 61 nömrəli avtobus dayanacaqları cəmi 2 dəqiqəlik məsafədədir.
.
Bu fürsəti qaçırmayın! Həm rahat yaşayış, həm də gələcək üçün dəyərli investisiya axtarırsınızsa, bu mənzil sizin üçün ideal seçimdir.
Şirkət haqqı alıcıdan 1% təşkil edir.