Satılır 2 otaqlı yeni tikili 45 m²
Xırdalan şəhərində, köhnə bazarın yaxınlığında, Kristal 1 yaşayış kompleksində 2 otaqlı yeni mənzil satışa çıxarılıb.
Mənzil 13 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşir. Lift birbaşa mərtəbəyə qalxır, mansard deyil.
Ev kupçalıdır. Su, qaz, işıq daimidir. Mənzil tam əşyalı satılır, çox səliqəli və baxımlı vəziyyətdədir – alıb dərhal yaşamaq mümkündür.
Bu qiymətə Kristal 1-də belə mənzil demək olar ki, yoxdur. Həm yaşayış, həm də kirayə üçün ideal variantdır.
Real alıcı ilə qiymətdə endirim olunacaq.