Satılır 6 otaqlı yeni tikili 275 m², 28 May m.
Bu ev adi mənzil deyil… həqiqətən fərqli zövqü olanlar üçündür 🔥
Fizuli Residence-də yerləşən bu unikal dupleks, binada tək nümunədir. Ümumi 275 kv sahə – 6 otaq, geniş və rahat planlama. 1-ci mərtəbə 200 kv, 2-ci mərtəbə isə 75 kv-dır.
Evin içi çox səliqəli və zövqlə təmir olunub, amma ən gözəli odur ki – heç kim yaşamayıb, yəni hər şey tam təzədir. Üstəlik, əşyalarla birlikdə satılır – gir yaşa variant 👍
Qonaq otağı tam 80 kv – böyük ailəler üçün ideal secimdir. 2-ci mərtəbədə geniş holl, ümumilikdə 5 yataq otağı, ayrıca garderob, 4 sanuzel və 2 ambar var – yəni rahatlıq maksimum səviyyədədir.
Pəncərələrdən Gish Parkı və Flame Towers mənzərəsi açılır – şəhərin ən gözəl nöqtələrindən biri 👌
Üstəlik, Marriott Courtyard və Bravo yaxınlığındadır – hər şey əlçatan.
Binanın özü də seçilir:
• Cəmi 9 mərtəbə
• Hər mərtəbədə cəmi 2 mənzil
• Ümumi 15 sakin – sakit və elit mühit
• Sürətli “Mitsubishi” lift
Divarların qalınlığı 1 metr – həm səs izolyasiyası, həm də keyfiyyət özünü göstərir.
Qaz da var, çıxarış da hazırdır – sənəd məsələsi tam qaydasındadır.
Bu ev “sadəcə mənzil” axtaran üçün deyil…
Fərqli, geniş və xüsusi bir həyat istəyənlər üçündür