Satılır 4 otaqlı həyət evi/bağ evi 130 m²
Salam mən özüm ev sahibiyəm, xahiş edirəm vasitəçilər narahat etməsin.
Gəncə şəhəri, Məhsəti Gəncəvi (Sevinc) qəsəbəsində 12-ci küçədə, 4 sot torpaqda, 4 otaqlı, 130kvm həyət evi satılır. Paket kupçadır, yəni həm torpağın həm də evin sənədi var, rəsmi şəkildə kupçası çıxarışı mövcuddur. Ev qəsəbənin ən yaxşı yerlərindən birində yerləşir. Küçənin yuxarısı asfaltdır. Küçə şəhid küçəsi olduğu üçün gələcəkdə küçəyədə asfalt örtüyünün salınması nəzərdə tutulur. Küçənin başında 11 nömrəli Baku Bus avtobusları ayağından isə 16 avtobusunun dayanacağı var. Ev eyni zamanda 21 nömrəli tam orta məktəb, Azərpoçt və digər iaşə obyektlərinə, marketlərə 5 dəqiqəlik məsafədə yerləşir. Ev tam təmirlidir və təchizatlıdır. Evin İnternet, qaz, işığı, suyu (iki yerdən) daimidir. İstilik sistemi kombidir. Əşyasız satılır. Qiymət - 90.000 real alıcıya cüzi endirim tətbiq oluna bilər.