Möhtəşəm şəhər panoraması və klassika.
Şəhərin elit yerlərindən olan Elmler Akademiyası m.st və universitetlərin yaxınlığı, Mətbuat prospekti, Yasamal Rayon İcra Hakimiyyətin yanında, 4 otaqdan 3 otaqa qenişləndirilmiş super və çox keyfiyyətli təmir olunmuş mənzil bahalı və xüsusi sifarişlə yığılmış klassik mebelləriylə birlikdə satışa təklif olunur. Sanki yeni təmir olunub. Mənzil şəxsi yaşayış üçün keyfiyyətli materiallardan təmir olunub, demək olarki yaşayış olmayıb, toplamda cəmi 5-6 ay yaşayış olub. Sahəsi 163.0 m² təşkil edir və geniş zalı var.
Qarşısı alınmayan 180 dərəcə möhtəşəm şəhər və dəniz mənzərəzi var. İşıqlı, fərah evdir, 2 eyvanı var və hər otaqdan çıxışı var, 2 sanitar qovşağı, ayrıca qarderob otagı, vitraj və böyük pəncərələr.Baxışı gün çıxana dogrudur, mərtəbədə cəmi 3 mənzil, 2 sürətli liftləri (sərnişin və yük ) 24/7 mühafizə xidməti və kamera müşahidə sistemi, görüntülü-domofon, yeraltı avtodayanacaq, parkovka yerləri mövcuddur.
Musabəyov, Yasamal və Hüseyn Cavid parkları yaxınlıqda yerləşir.
Şəhərə yaxın ərazilərdə bu mənzil və əlavə pul təklif edilməklə villa ilə də barter oluna bilər.
Real alıcıyla razılaşmaq mümkündür.